Dünya futbolu
Messi PSJ ilə danışıqları dayandırdı – Parisdən ayrılır
Lionel Messi PSJ ilə yeni müqavilə ətrafında danışıqları dayandırıb. Argentinalı ulduz Parisdə aha bir mövsüm qalmaq istəmir.
Futbolinfo.az xəbər verir ki, dünya çempionu qərarına yenidən baxmağı lazım bilib. Fransa təmsilçisi ilə yeni müqavilə ilə bağlı bütün detalları razılaşdıran Messi, indi yayda klubu azad agent kimi tərk etməyin daha doğru olacağı qənaətinə gəlib.
Bu xəbər Messinin “Barselona”ya qayıdacağı ilə bağlı ehtimalları yenidən artırıb. Baş məşqçi Xavinin israrla dönüşünü istədiyi argentinalı hələ qərarını verməyib. Çünki İspaniyada heç də hamı Leonun dönüşünü gözləmir. Klub rəhbərliyində bir çox şəxs yenilənən heyət üçün Messinin kifayət qədər yaşlı olduğu düşüncəsindədir.
Hadisələrin “Əl-Hilal”dan gələn sipertəklifdən sonra fərqli istiqamət alması da qeyd edilməlidir. Messinin atası Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ilə görüşdükdən sonra vəziyyət dəyişdi. Deyəsən, Leo “Əl-Nəsr”ə gedən Kriştianu Ronaldonun rekordunu qırmaq, həm də yenidən ona rəqib olmaq fikrindədir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”