Digər idman növləri
MHL-də finalın 3-cü oyunu baş tutdu
Milli Hokkey Liqasının final seriyasında 3-cü oyun keçirilib. Floridada baş tutan qarşılaşmada meydan sahibləri “Veqas” üzərində 3:2 hesablı qələbə qazanıblar.
İlk periodda komandalar hərəyə bir dəfə fərqləniblər. İkinci periodda isə qonaqlar irəli çıxıblar. Lakin son 20 dəqiqədə “Panters” Tkaçakın qoluyla hesabı bərabərləşdirməyə müvəffəq olub. Bu qolla forvard bombardirlərin yarışında Hintsə çatıb, Florida klubunun tarixində isə play-oflarda ən yaxşı nəticəni yeniləyib.
Əlavə hissə 4 dəqiqə davam edib. Verhege fərqlənərək matçda komandasına qələbə qazandırıb. Qeyd edək ki, Şərq konfransının nümayəndəsi üçün bu, ardıcıl 10-cu overtaym qələbəsidir. Buna qədər MHL-də yalnız bir komanda belə bir nailiyyətə imza atıb.
Bu qələbəylə Florida təmsilçisi seriyada 2:1 hesabı ilə önə keçib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub