Milli komanda
Millimizin daha bir üzvü sıradan çıxdı
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində qarşılaşdığı Lüksemburqla səfər oyununda daha bir ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Bədavi Hüseynov sıradan çıxıb.
Matçın 42-ci dəqiqəsində əzələsini dartan “Qarabağ”ın futbolçusu oyunu davam etdirə bilməyib. Bu üzdən də baş məşqçi Canni De Byazi Hüseynovu Şəhriyar Əliyevlə əvəz edib. Hansı ki, o, meydana çıxdıqdan təxminən bir dəqiqə sonra penaltiyə səbəb olub. Xoşbəxtlikdən rəqib hücumçu Danel Sinaninin yerinə yetirdiyi 11 metrlik zərbəni Şahruddin Məhəmmədəliyev dəf edib.
Lüksemburq – Azərbaycan matçında ilk yarıdan sonra hesab açılmayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”