Milli komanda
Millimizin Monteneqro və Albaniya oyunlarının vaxtı bilindi
17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, B liqasında 3 komandalı qrupda yer alan millimiz bu ilin sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya yığması ilə qarşılaşacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu qrupun oyunları Albaniyada keçiriləcək.
Xatırladaq ki, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”