Ölkə futbolu
Mübariz Mənsimov “Xəzər Lənkəran”ın adını bu kluba verdi
Region Liqasında çıxış edən “Xan Lənkəran”nın prezidenti Pərviz Hüseynovla “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov arasında görüş keçirilib.
Futbolinfo.az “Xan Lənkəran”ın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, görüşdə “Xəzər Lənkəran Mərkəzi Stadionu” və stadionun bazası haqqında razılıq əldə edilib. Bundan sonra “Xan Lənkəran” öz ev oyunlarını “Xəzər Lənkəran”a məxsus stadionda keçirəcək.
Mübariz Mənsimov “Xəzər Lənkəran” adını da “Xan Lənkəran”ın prezidentinin ixtiyarına verib. Bu isə o deməkdir ki, “Xan Lənkəran” bundan sonra “Xəzər Lənkəran” adı altında fəaliyyət göstərəcək. Klubun loqosunun dəyişdirilib-dəyişdirilməyəcəyi isə hələlik bilinmir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək