Digər idman növləri
Nəriman Abbasovun Almatı sınağı
Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov sabah növbəti döyüşünü keçirəcək.
Futbolinfo.az xəbər verir ki, yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində qüvvəsini sınayacaq.
29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu ilə üz-üzə gələcək. Bu döyüş Almatıda təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində baş tutacaq.
Qarşılaşmadan bir gün öncə idmançıların çəki mərasimi keçirilib.
Xatırladaq ki, yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi olan Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21 qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub