Bizi izləyin

Ölkə futbolu

Nəticəni hakimlərin müəyyən etdiyi daha 2 oyun

blank
blank

Premyer Liqada hakim səhvləri pik həddə çatıb. Elə oyun yoxdu ki, fit sahiblərinin səhvləri göz deşməsin. Artıq hakimlər haqda danışmasına qadağa qoyulan məşqçilər də mətbuat konfranslarında gileylənir, üsyan edir, klub rəsmiləri AFFA-nın qapılarını tez-tez döyməyə başlayıb. Ötən həftə Vüqar Məmmədin dözməyib, köməkçi hakimi vurması elə bu cür silsilə səhvlərin yaratdığı qəzəbin nəticəsi idi.

Dünən 15-ci tur çərçivəsində baş tutan hər iki matçda ciddi hakim səhvlərinə şahid olduq. Və yanlışlar oyunun gedişinə, nəticəsinə təsir etdi.

“Qəbələ” “Keşlə” ilə oyunda qələbəyə layiq idi. Meydan sahibləri 90 dəqiqəni üstün keçirdi, haqq etdiyi 3 xalı qazandı. Daha istəkli olan əyalət təmsilçisində oyun intizamı yüksək səviyyədə idi, komandada məşqçi əli hiss olunurdu. Hətta mübahisəli qol olmasaydı da, “Qəbələ”nin ən azı uduzmayacağını gözləmək olardı.

İlk qol zamanı oyundankənar vəziyyətdə olan Asif Məmmədov hakimin diqqətində yayındı və Merab Qiqauri hesabı açdı. İkinci qol isə “Keşlə” üçün utancverici alındı. Komanda künc zərbəsi zamanı uşaq səhvinə yol verdi, əks-hücumun qarşılanması baxımından səhlənkarlıq birdən-birə 4 qəbələlinin qapıçıyla təkbətəkə yolanmasına şərait yaratdı. Məşqdə işlənməsi lazım olan taktiki çalışmanın tətbiq edilməməsi birbaşa Sənan Qurbanovun eyibi sayılmalıdı.

Qurbanovun daim köməkçi kimi çalışması, ilk cəhdində baş məşqçi kimi özünü doğrultmaması üzündən “Keşlə”iyə təyinatı riskli sayılırdı. Və elə ilk çempionat matçında onun “böyümədiyi” təsdiqləndi. Sənan bəy paytaxt təmsilçisinin oyununda heç bir yeniliyə nail olmayıb, hansısa dəyişiklik gözə dəymir. Yunis Hüseynovun vaxtındakı kimi, oyunu bir neçə aparıcı futbolçu idarə edir, onların hegemonluğu isə ziyanlıdı. Uğursuzluq zamanı kənarda günahkar axtaran futbolçuların meydanda bir-birinə irad bildirməsi, mübahisə etməsi təsadüf deyildi.

İstənilən halda, “Qəbələ” xal ehtiyatını yaxşılaşdırdı və 5-ci pillədə möhkəmləndi. İlk “dördlüy”ə yaxınlaşan komandanın ümidləri yenidən artmaqdadı. Komanda belə davam etsə, ən azı “Sumqayıt”ı qabaqlamaq çətin olmayacaq. Bu baxımdan 17-ci turda “kimyaçılar”la ev matçı xüsusi önəm daşıyacaq.

“Keşlə”yə gəlincə, bakılılar ilk öncə idarəetmə qaydalarını dəyişməli, düşərgədəki ab-havanı qaydasına salmalıdı. Prezidentindən idman direktoruna kimi hamı alverçi düşüncəsindədi, məşqçisindən futbolçusuna kimi hamı həbsxana qanunları ilə yaşayır. Normal sistem qurulmayana kimi “Keşlə”dən uğurlu nəticələr gözləmək faydasızdı. Əla büdcə, yaxşı heyət – qələbələr üçün təkcə bunlar kifayət etmir.

Kubokda mübarizəni erkən dayandırmaq “Sabah”ın işinə yarayıb. “Zirə”yə qarşı turun bağlanış matçı göstərdi ki, məşqçilər üç həftəlik toplanışdan maksimum yararlanıb. Düzdü, yekunda qələbə qazanmaq mümkün olmadı, turun yeganə heç-heçəsi qeydə alındı, lakin oyun baxımından “Sabah” son 2-3 ayın ən yaxşı oyununu keçirdi.

Təbii ki, “Sabah” çempionluğa layiq oyun sərgiləmədi, sadəcə, komanda indiyədək o qədər bərbad oynamışdı ki, müqayisədə dünənki çıxışı zövq verdi. “Zirə”nin baxımlı oyuna müsbət qarşılıq verməsi də bunda rol oynadı.

“Sabah”ın iki dəfə hesabda önə keçməsi, amma qələbəni təmin edə bilməməsi yalnız Visente Qomesin yanlış əvəzetmələri ilə bağlı deyildi. Həmkarı Rəşad Sadıqov fasilədən sonra daha aqressiv oyun tərzi seçdi, qarşılığını gördü. “Zirə”nin baş məşqçisinin start heyəti ilə bağlı düşüncələri özünü doğrultmadı, yarımmüdafiənin mərkəzində rəqibə meydan verməsi az qala məğlubiyyətə səbəb olacaqdı. İlkin Muradov doğma mövqeyinə qayıtdıqdan və hücum xəttindəki düzəlişlərdən sonra “qartallar” özünə gəldi.

Hakimlər bu oyuna da damğasını vurdu. Matçın startında Klesio Bauka qarşı cərimə meydançasında aşkar kobudluq penalti kimi dəyərləndirilmədi. Az sonra “Sabah” gözəl hücum qurub, hesabı açdı. Kamal Umudlu günahını hesab bərabərləşərkən “yudu”. Belə ki, o, qonaq qapıçıya qarşı hücuma göz yumdu və “Zirə” hesabı bərabərləşdirdi. Baxmayaraq ki, bu, meydan sahiblərinə lazım deyildi. Hesab 0:0 olarkən penalti təyin edilsəydi, ümumi gedişat fərqli olacaq, “Zirə” hesabın gətirdiyi arxayınlıqla əks-hücum taktikası seçərək, bəlkə qələbə də qazanacaqdı.

“Sabah”ın tezliklə yenidən hesabda önə keçməsi bu səhvi unutdurdu. Hacığa Hacılının səhvindən sonra dublunu rəsmiləşdirən Kevin Kubemba komandasını, ilk dövrədə olduğu kimi, səfər qələbəsinə ümidləndirdi. Amma Hacığa günahını məhsuldar ötürməylə yumağa imkan tapdı, Bauk baş zərbəsi ilə yekun hesabı müəyyənləşdirdi – 2:2. “Zirə” 3-cü pilldə qalsa da, mövqeyi laxladı – liderlər uzaqlaşdı, izləyicilər yaxınlaşdı.

Çempionat həlledici mərhələyə qədəm qoyub. Bundan sonra hər xalın qızıl qiyməti olacaq və büdrəyənlərin özünə gəlməsi üçün zaman qalmayacaq. Hakimlər nəticələrə təsir etməyə davam etsə, qalmaqallar özünü gözlətməyəcək. Bu səbəbdən Hakimlər Komitəsinin diqqətli olmasında fayda var, komandaların öz talelərini özlərinin müəyyən etməsinə şərait yaratmaq lazımdı. Çıxış yolu VAR-ı tələsik tətbiq etməkdə deyil, işi düzgün qurmaqla, düzgün işləməklə də uğur qazanmaq mümkündü.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm