Dünya futbolu
Naqelsmann Bundesliqanı unutmaq istəmir
“Bayern”in baş məşqçisi Yulian Naqelsmann PSJ-ni dayandırmaq üçün yollar axtarır. Gənc mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün keçiərcəkləri ilk oyun öncəsi qayğılıdır.
Futbolinfo.az xəbər verir ki, Parisdəki matçda münhenlilərin məşqçisi rəqibin liderlərin dayandırmaq haqda düşünür: “Bu gün topun Kilian Mbappe, Neymar və Lionel Messiyə çatmasını əngəlləməyimiz lazımdır. Və yalnız onları yox, PSJ-ni bütöv komanda şəklində dayandırmalıyıq. Şansımız bərabərdir, lakin üstünlük qazanmaq üçün çox şey etməliyik”.
Naqelsmann ÇL-n qalibi olmağı xəyal edir: “Hamı bu titulu əldə etmək istəyir, o cümlədən də biz. Bundesliqada qalib olmaq da vacibdir, lakin nədənsə media sanki bu yarışı unudur. Mən hər iki yarışda qələbəni arzulayıram, bunun üçün çalışırıq”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”