Dünya futbolu
Nazirlikdən Marsel “Olimpik”inin azarkeşlərinə qadağa
Marsel “Olimpik”i Fransa çempionatının 9-cu turunda “Lill”in qonağı olacaq.
Futbolinfo.az xəbər verir ki, Marseldən olan azarkeşlər sözügedən səfər oyununa buraxılmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyi klubun azarkeşlərinin son oyunlardakı qeyri-etik davranışlara görə “Lill”lə matçın keçiriləcəyi Vilnöv-Dask bölgəsinə girişinə qadağa qoyub.
“Olimpik” fanatları ölkə çempionatının “Anje” (0:0), “Nitsa” (0:0) və Avropa Liqasının “Qalatasaray”la oyununda (0:0) təxribata əl atıb.
Sabah keçiriləcək “Lill” – “Olimpik” matçına saat 19:00-da start veriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”