Ölkə futbolu
“Neftçi”də məşqçi – futbolçu qalmaqalı
“Neftçi”də uğursuz nəticələrin gətirdiyi təzyiq baş məşqçi Adrian Mutuya da təsir edib. Sıralanan xal itkilərinə, komandanın bərbad oyununun birbaşa cavabdeh olan rumın mütəxəssis futbolçularla gərginlik yaşayır.
Futbolinfo.az saytının əldə etdyi məlumata görə, “Qarabağ”la oyunda 0:2 hesablı məğlubiyyət paltardəyişmə otağında da gərginliyə səbəb olub. Mutu Fələstin millisinin üzvü Ataa Caberlə qalmaqal yaşayıb.
Futbolçunun oyunundan narazı qalan baş məşqçi onu fasilədə Aaron Olanare ilə əvəzləmişdi. İlk hissənin gedişində və bitimində, eləcə də oyundan sonra yarımmüdafiəçi ilə sərt danışan çalışdırıcı onu özündən çıxarıb. Caber Mutuya cavab qaytarıb və demək olar, əsas heyətdəki yerini şübhə altına salıb.
Ola bilsin, Caberin son vaxtlar aldığı transfer təklifi də onun çıxışına təsir edib. Yarımmüdafiəçinin Səudiyyə Ərəbistanına yollanmaq şansı yaranıb. Belə ki, “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampf onu yeni təyinat aldığı “Əl-Tai”yə aparmaq istəyir. Futbolçu gələn yay bitəcək müqaviləsinə qışda xitam verməyə çalışır.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”