Ölkə futbolu
“Neftçi”dən ayrıldı, “Zirə”yə keçəcək
“Neftçi”nin albaniyalı yarımmüdafiəçisi Bruno Teluşi paytaxt təmsilçisindən ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.
Ötən ilin oktyabrından “Neftçi”də çıxış edən 30 yaşlı oyunçunun “ağ-qaralar”la müqaviləsi cari mövsümün sonunadə qədər idi. Amma paytaxt klubu bu futbolçunu heyətində saxlamaqda maraqlı deyil. Teluşinin geridə qalan mövsümdə də bu komandanın aparıcı oyunçularından olduğunu demək olmaz. O, Azərbaycan çempionu olduğu bu komandanın heyətində cəmi 9 Premyer Liqa matçının iştirakçısı olub.
Bruno “Neftçi”dən ayrılsa da, yenidən Azərbaycanda qalacaq. Albaniyadan olan həmkarlarımızın iddiasına görə, “Zirə” bu futbolçunun xidmətində maraqlıdır. Yaxın günlərdə bu transferin tam rəsmiləşməsi gözlənilir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO