Ölkə futbolu
“Neftçi”dən Stankoviçlə yeni müqavilə
“Neftçi” PFK müdafiəçi Voyislav Stankoviç ilə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı serbiyalı futbolçu ilə 1+1 şərtli anlaşma imzalanıb.
Stankoviç “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 53 oyunda meydana çıxıb, 3 qol vurub.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli, Mamadu Mbodj və Mirabdulla Abbasovla yeni müqavilə bağlamışdı.