Ölkə futbolu
Ölkə kubokunun finalında VAR olacaq
Azərbaycan kubokunun finalı yeniliklə yadda qalacaq. Bu matçda ilk dəfə VAR-dan (Video Assistant Referee – Video Köməkçi Hakim) istifadə ediləcək.
Düzdü, ölkəmizdə bu texnologiya hələ apreldə tətbiq olunub. Belə ki, 17 yaşlılar millimizin “Şamaxı”nın U-19 komandası ilə “ASK Arena”dakı yoxlama görüşündə VAR sınaqdan keçirilmişdi. Lakin indi daha yüksək səviyyəli komandaların oyununda, mövsümün bağlanış matçında VAR tətbiq ediləcək.
Lakin AFFA sınaqlara tam hazır deyil. Ona görə də kubokun finalında VAR oflayn tətbiq ediləcək. Yəni, hakimlər epizodları xüsusi monitorda izləməyəcək, sadəcə, VAR otağında əyləşənlər qulaqcıqlar vasitəsi ilə baş hakimə yardım edəcək, səhv qərarlarını düzəltməyə çalışacaq.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq