Dünya futbolu
Orban Premyer Liqanı arzulayır, “Arsenal”ı yox
Gift Orban “Arsenal” azarkeşlərini əsəbləşdirəcək açıqlama verib. “Gent”in “Qarabağ”la oyunlardan tanıdığımız hücumçusu London təmsilçisinə heç vaxt keçməyəcəyini bildirib.
Futbolinfo.az xəbər verir ki, Belçika klubunun üzvü daha güclü çempionatda oynamağı arzulayır: “Bir gün daha güclü çempionatda oynamaq istəyirəm. Qarşına ən yüksək hədəfləri qoymalı və ona doğru irəliləməlisən. Daha yaxşı klubu, daha yüksək maaşı kim rədd edər? Səudiyyə Ərəbistanından təklifim var idi, amma ora getmək üçün çox gəncəm. Avropada futbolun dadını çıxarmaq istəyirəm, 3 tamaşaçının izlədiyi oyunlar mənlk deyil”.
Orban İngiltərə Premyer Liqasını arzulayır: “Rahat olacağım, özümü xoşbəxt hiss edəcəyim yerə getmək istəyirəm. Xəyalım Premyer Liqada oynamaqdır. “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti” kimi klbları arzulayıram. Amma “Arsenal”ı sevmirəm – onların çempionluğu qazanmağı istəmədikləri görünür. Mən çempionluq üçün həqiqi mübarizə aparan bir komandaya getməyi arzulayıram”.
Toqo əsilli nigeriyalı “Gent”ə bu qış Norveç “Stabek”indən gəlib. 20 yaşlı hücumçunun belçikalılarla 2027-ci ilin yayınadək müqaviləsi var.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”