Dünya futbolu
Özbəkistan klubu Rivaldonu məhkəməyə verdi
Özbəkistanın “Bunyodkor” klubu Braziliya millisinin keçmiş futbolçusu Rivaldodan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
Şikayətin səbəbi “Barselona”nın keçmiş üzvünün Daşkənd təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozması olub. Məsələyə bu il iyunun 8-də baxılacaq.
2008-ci ildə “Bunyodkor”la 14 milyon avro dəyərində 2 illik müqavilə imzalayan Rivaldo, 2010-cu ilin may ayında sözləşməyə birtərəfli şəkildə xitam verərək, klubdan ayrılıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək