Dünya futbolu
Pioli toxunulmazdır – hələlik…
Son oyunlardakı uğursuz nəticələr Stefano Piolinin taleyinə təsir etməyəcək. Çempionlar Liqasında qələbəsizlik, A Seriyasında ardıcıl məğlubiyyətlər “Milan” rəhbərliyini narahat etsə də, bu, baş məşqçinin qovulmasına səbəb olmayacaq.
Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” Pioli ilə yola davam etmək qərarı verib. Hazırda istefa ilə bağlı kiçicik şübhə belə yoxdur. Klub rəsmiləri “Milan”ın bir neçə mütəxəssislə danışıqlara başlaması ilə bağlı xəbərlər qətiyyətlə təkzib edib.
Amma Stefano toxunulmaz deyil. Ona PSJ və “Leççe”yə qarşı növbəti oyunların həlledici ola biləcəyi çatdırılıb. Parislilərlə ev oyunu xüsusilə önəmlidir. “Mlan” bu oyunda uduzsa, qrupdan çıxmaq şansı xeyli azalacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”