Dünya futbolu
Premyer Liqada koronavirusa 3 yoluxma
Futbol üzrə İngiltərə Premyer Liqasında mütəmadi aparılan koronavirus testləri ilə bağlı növbəti hesabat açıqlanıb.
Futbolinfo.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 14-20 sentyabr aralığında Premyer Liqa klublarında bütövlükdə 1574 nəfərdən koronavirus testi götürülüb.
Analizlər nəticəsində 3 nəfərdə infeksiyaya yoluxma qeydə alınıb. Lakin onların adları, futbolçu, məşqçi və ya klub işçisi olduğu açıqlanmır. Hazırda hər üç şəxs karantinə alınıb. Onların 10 gün karantində qalacağı bildirilir.
Qeyd edək ki, koronavirusa yoluxanlardan biri məlumdur. Belə ki, “Mançester Siti” yarımmüdafiəçisi İlkay Gündoğandan götürülən testin müsbət nəticə verdiyini açıqlayıb.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron