Dünya futbolu
“Qalatasaray” doğma meydanda xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 16-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.
Son turlarda uğurlu çıxış edən və 4-cü pilləyə yüksələn “Qaziantep” autsayder “Ərzurumspor”un qonağı olub və xal itkisi ilə üzləşib. “Sivasspor” da “Dənizlispor”la ev oyunundan xal itkisi ilə ayrılıb.
Lider “Qalatasaray” bu dəfə “Antalyaspor”la qarşılaşıb və ev oyununda xal itkisinə üzülüb. Son çempion “Başakşəhər” isə “Alanyaspor”la səfər matçında darmadağınla üzləşib.
Türkiyə Super Liqası
16-cı tur
2 yanvar
Ərzurumspor – Qaziantep 1:1
Qol: E.Bassan, 90+5-pen – Miralyas, 69.
Sivasspor – Dənizlispor 2:2
Qol: Qradel, 26-pen. Fajr, 45+1 – Rodalleqa, 17. Mesanoviç, 90+2.
Ankaragücü – Yeni Malatyaspor 3:1
Qol: Lukaşik, 4. Peyntsil, 37-pen. Borven, 88 – Ndayişimiye, 76.
Alanyaspor – Başakşəhər 3:0
Qol: Bareyro, 19. Mubandje, 27. T.Bingöl, 83.
Hatayspor – Konyaspor 2:1
Qol: Bupendza, 43; 68 – Kravets, 33.
Qalatasaray – Antalyaspor 0:0
3 yanvar
14:30 Rizəspor – Gənclərbirliyi
17:00 Fatih Karagümrük – Trabzonspor
20:00 Kayserispor – Beşiktaş
4 yanvar
20:00 Kasımpaşa – Fənərbaxça
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO