Digər idman növləri
“Qalatasaray”ın baş məşqçisi həmkarlarını tənqid etdi
“Qalatasaray” komandasının baş məşqçisi Zvezdan Mitroviç Milli Basketbol Assosasiyasındakı həmkarlarını tənqid edib.
“Liqa məşqçiləri idman şalvaları ilə geyindirib. Bununla da hörmət aşağı düşüb. Oyunçunu ehtiyat skamyaya əyləşdirmək istəyəndə, o səni itələyib yenidən meydançaya qayıdır. Bir azdan bizi süni intellektlə əvəz edəcəklər.
Birvaxtlar Pet Rayli əynində “Armani”dən kostyumla Hollivud ulduzu görkəmində idi. İndi isə biz baş məşqçilərin yarısını heç tanımırıq”, – deyə Mitroviç “Meridian Sport”a müsahibəsində qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Mitroviç MBA-da basketbolçuların zəif cüssəli olduğunu da tənqid etmişdi. Bu barədə danışarkın o, yeni ulduz Viktor Vembanyamaya da toxunmuşdu. Mütəxəssisin fikrincə, fransız basketbolçu qarşısında Çarlz Ouklini görsəydi, onun üçün bu, yaxşı bitməzdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”