Ölkə futbolu
“Qarabağ” Konfrans Liqasının məğlubedilməzləri arasında
“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.
Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Hesabında 2 qələbə və 1 heç-heçə olan “köhlən atlar” təkcə Belçikanın “Gent” klubundan geri qalır. “Gent” B qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.
Siyahıda “Qarabağ” və “Gent”lə yanaşı, Avstriyanın LASK, İsveçrənin “Bazel”, Norveçin “Bude-Qlimt”, İsrailin “Makkabi” (Təl-Əviv), Fransanın “Lill”, Yunanıstanın PAOK, Niderlandın “Feyenoord” və “Alkmaar” komandaları da var.
“Qarabağ” Konfrans Liqasının dünən keçirilən 3-cü turunun oyununda Bakıda Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbə qazanıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”