Ölkə futbolu
“Qarabağ”a görə metronun iş rejimində dəyişiklik ediləcək
“Qarabağ” FK UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniyanın “Bayer” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Futbolinfo.az xəbər verir ki, klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.
Bakı metropoliteni noyabrın 9-dan 10-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”