Ölkə futbolu
“Qarabağ”ın futbolçuları daha güclü qayıtmağa söz verdilər
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə ilə yarımmüdafiəçi Riçard Almeyda Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna məğlub olaraq avrokuboklarla vidalaşmaları ilə bağlı paylaşım ediblər.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi sosial şəbəkə hesabında Ağdam təmsilçisinin kollektiv şəklini paylaşaraq, getdikcə daha güclü olacaqlarını yazıb.
26 yaşlı oyunçu növbəti mövsüm avrokuboklarda daha uğurlu çıxış edəcəklərini vurğulayıb: “Bu son deyil. Biz daha güclü qayıdacağıq”.
Almeyda isə bildirib ki, artıq yerli çempionata diqqət ayırmağın vaxtıdır: “Meydana Azərbaycan xalqını sevindirmək üçün çıxmışdıq. Amma futbol belədir: bu gün udursan, sabah uduzursan. Allah bilən məsləhətdir. Bu mövsüm avrokuboklarda etdiklərimizlə qürur duymalıyıq. Gələn il həmişəkindən daha güclü qayıda bilərik”.
Xatırladaq ki, “Qarabağ”la “Gent” arasında keçirilən hər iki oyunda meydan sahibi 1:0 hesablı qələbə qazandığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan belçikalılar (5:3) mübarizəni davam etdiriblər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub