Ölkə futbolu
“Qarabağ”ın UEFA reytinqindəki mövqeyi açıqlandı
“Qarabağ” UEFA-nın klub reytinqindəki mövqeyi müəyyənləşib.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu avrokubokların qrup mərhələsinin sonuncu – 6-cı turunun matçlarından sonra açıqlanan siyahıda 66-cı sırada yer alıb.
Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya “Krasnodar”ı ilə 66-68-ci yerləri bölüşür.
Siyahıda Azərbaycanın daha 6 klubu yer alıb. “Neftçi” 9.000 xalla 152-ci pilləyə şərikdirsə, “Qəbələ” 4.000 xalla 297-ci sıranı bölüşdürür. “Şamaxı” 3.500 xalla 322-ci pilləyə şəriklərdən biridir.
331-ci olan “Zirə”, “Sumqayıt” və “Səbail”in hesabında isə 3.225 xal var.
Cədvələ 131,000 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir. Almaniyanın “Bayern” klubu ikinci (130.000), İngiltərə “Liverpul”u (123.000) üçüncüdür.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”