Dünya futbolu
Quluzadənin komandasından inamlı qələbə
Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Daçiya” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.
11 turdan sonra 23 xalı olan “Milsami” 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”