Dünya futbolu
Qyanın unuda bilmədiyi zərbə
Asamoa Qyan DÇ-2010-da başına gələnləri yadına salıb. Qanalı hücumçu növbəti müsahibəsində boşa verdiyi həlledici penaltini xatırlayıb.
Futbolinfo.az xəbər verir ki, o, Uruqvayla oyunda dəqiq olmayan zərbəsindən məyusluqla danışır: “Bugünə qədər nə vaxt yalnız qalsam, yadıma düşür. Bəzən özümü xilas etmək üçün zamanın geri dönməsini arzulayıram. Bəlkə bu dəfə səhv etməzdim”.
Qyan ömür boyu həmin zərbənin onu xatırladacağından əmindir: “Həyatımın geri qalanı boyunca məni xatırladan hadisə olduğunu bilirəm. Bunu qəbul edirəm. Edə biləcəyim heç bir şey yoxdur. O penaltini ölkəm üçün ən yaxşısını etmək üçün vurmağa çalışdım, yekunda pis adam oldum. İnsanların nə hiss etdiyini başa düşürəm. Fəlakət idi, çılğınlıq idi. Bütün gecə yata bilmədim, gecə səhərə qədər ağladım”.
Xatırladaq ki, Qyan boşa verdiyi zərbə ilə Qananın növbəti mərhələyə çıxmasını əngəlləmişdi.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi