Bizi izləyin

Müsahibə

Rahid milli barədə ümidsizdir: “De Byazi gözləyirdi ki, Qaranın boyu artacaq?”

blank
blank

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

– “Səbail” son turda “Sumqayıt” üzərində qələbə qazandı. Oyun barədə fikirlərin necədir?

– Ağır oyun keçdi və bunu gözləyirdik. Rəqib turnir cədvəlinin sonuncusudur və xala ehtiyacları var. Lakin bizim də vəziyyətimiz o qədər yaxşı olmadığına görə mütləq qalib gəlməli idik. Çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, ədalətli hesab oldu və 1:0 qalib gəldik. Bütün oyunu rəqibdən üstün keçirdik və daha çox qol vura bilərdik. Bir qolla kifayətləndik, amma layiqli qələbə idi.

– Ümumiyyətlə, bu mövsüm meydana az çıxırsan. Halbuki komandanın kapitanısan. Bunun səbəbini nədə görürsən?

– Düzdür, bu mövsüm hər oyunda meydana çıxmıram, az şans qazanıram. Bu sualı da mənə çox verirlər. Həmişə demişəm ki, bu, məşqçinin qərarıdır, heyəti o müəyyənləşdirir. Ona görə artıq nəsə deməyə ehtiyac yoxdur. Qərara hörmətlə yanaşıram. Mənim işim ondan ibarətdir ki, meydanda olduğum vaxt da, meydandan kənarda da komandaya faydalı olum.

– “Səbail”in büdcəsinin yüksək olduğu barədə xəbərlər var idi. Həqiqətən belədir? Əgər belədirsə, komanda niyə sabit çıxış edə bilmir?

– Büdcənin nə qədər olduğumu bilmirəm, amma ötənilkindən yüksək olduğu ortadadır. Çünki heyətə legionerlər gəlib, yeni futbolçular cəlb olunub. Qeyri-sabit çıxışın səbəbini komandanın yeni olmasına, heyətdə xeyli sayda yeni futbolçuların, legionerlərin olmasına bağlamaq olar. Tam adaptasiya ola bilməyiblər. Düşünürəm ki, get-gedə daha yaxşı olacaq. Düzdü, liqanın startından xeyli vaxt keçib, amma məncə, legionerlərə daha çox zaman lazımdır. Oyundan-oyuna bundan yaxşı olacağına ümid edirəm.

– Təcrübəli futbolçu kimi komandanın mövsümü hansı pillədə başa vura biləcəyini düşünürsən?

– Hamının arzusudur ki, yüksək yerlərdə qərarlaşsın, avrokuboklarda oynasın. Bizim də məqsədimiz odur. Avrokuboklar zonasına düşmək çox çətindir. Çempionatı ən azı 5-6-cı yerlərdə bitirə bilərik. Komandamızın o gücü, yaxşı heyətimiz var. Bu, mənim şəxsi fikrimdir, ola bilər ki, kimsə başqa cür düşünsün.

– Qarşınıza hədəf qoyulub? Əgər qoyulubsa, ona çatmaq üçünü nə lazımdır?

– Yox, qarşımıza hansısa hədəf qoyulmayıb. Yəni ki, “filan yeri tutmalısız”, “avrokuboklarda oynamalısız” deyilməyib. Amma bütün futbolçuların, komandaların niyyəti ən yaxşısını etməkdir. Nə qədər bacarırıqsa, o qədər də irəli getməliyik.

– Azərbaycan milli komandası son oyunlarda qələbələr qazandı. Səncə, yığma komanda uğur əldə edə bilər?

– Təəssüf ki, bu qələbələrlə qrupu birinci yerdə bitirə bilmədik. Amma bu yaxşı haldır ki, qələbələr qazanmışıq. Yığmamız üçün hər qələbə vacibdir. Bunu keçən dəfə də demişdim ki, bu matçlar əhəmiyyət daşımır, Qazaxıstan liderliyi təmin etmişdi. Əhəmiyyətsiz oyunlar idi. Buna baxmayaraq, uşaqların əziyyətini yerə vurmaq istəmirəm, yaxşı oynadılar. Qrupdan çıxa bilməsələr də, qələbələr yaxşı hal idi.

– Azərbaycan yığması qrup mərhələsində Belçika yığması ilə düşüb. Vaxtilə bu komanda ilə heç-heçə edən heyətdə sən də var idin. İndi yığma onlara güc göstərə bilərmi?

– Çox çətin qrupa düşmüşük. Belçika ilə vaxtilə oynamışdıq və 1:1 bitirmişdik. Düzdür, belçikalılarla çətin olacaq. Nə qədər istəsən ki, Belçikadan xal alsınlar, hətta qalib gəlsinlər – bu, çox çətin məsələdir. İndiki durumda inanmağım gəlmir ki, milli onlardan xal ala.

– Ümumiyyətlə, bu qrupdan komandanın çıxmaq şansların necə dəyərləndirirsən?

– Belçika, Avstriya, İsveç çox güclüdürlər. Estoniya bizdən üstün deyil, onlara qalib gələ bilərik. Bu qrupdan bizim millinin çıxmaq şansı yoxdur. Yəni reallıqlara baxmaq lazımdır ki, Estoniyadan başqa digər 3 rəqiblər oynamaq çox çətindir.

– Həm “Qarabağ”da, həm millidə komanda yoldaşın olmuş Qara Qarayevə qarşı edilənlər sənə görə nə qədər düzgündür?

– Son vaxtlar bu mövzu çox danışılır. Baş məşqçi Canni de Byazi deyib ki, boyu balacadır. Qaranın oyunu göz önündədir. Həm millidə, həm “Qarabağ”da yaxşı çıxış edib. Avrokubok təcrübəsi var, komandaya böyük köməyi dəyər. Boya görə milliyə dəvət almamaq gülməlidir. İndiyə qədər həmişə oynayıb, kapitan olub. O qədər oyunlardan sonra “Qaranın boyu balacadır, çağırmıram” söhbəti gülməlidir. Əvvəldən ona bələd idi, boyunu bilirdi, yoxsa gözləyirdi ki, Qaranın boyu artacaq? Hər məşqçinin fikri var, kimisə dəvət edə bilər, kimisə yox, amma boy məsələsi çox absurd məsələdir. Ümumiyyətlə, heç dəvət etməsəydi, haqq qazandırmaq olardı. Amma bu qədər oyundan sonra dəvət etməmək çox yanlışdır.

– Yığmada Canni de Byazinin qalmasına münasibətin necədir? Səncə, yerli mütəxəssis gəlsəydi, yaxşı olardı, yoxsa de Byazi hansısa uğuru əldə edəcək?

– Canni de Byazi müqavilə artırılmadan öncə də demişdim ki, millidə yerli mütəxəssis olmalıdır. İndi də eyni fikirdəyəm. Yerli məşqçilərdən qoyub, ona vaxt versələr, de Byazidən daha yaxşı nəticələr verəcək. Fikrimcə, yenə vaxt itiririk. Qrupdan çıxmaq şansımız yoxdur. Oyunlar başlayacaq, de Byazi də hər dəfə “rəqiblər güclüdür” deyib keçəcək. Zaman itirməyə davam edəcəyik. Vaxtında yerli mütəxəssis gətirib vaxt versəydilər, daha yaxşı nəticələr olardı.

ABBAS

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-26 08:00

Juninyo – Avropanın ən yaxşı braziliyalısı

blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm