Ölkə futbolu
Raysel: “Planımızı istədiyimiz kimi həyata keçirdik”
“Biz dünən yaxşı oyun göstərdik. Öz planımızı istədiyimiz kimi həyata keçirdik” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Nikolas Raysel deyib.
O, Azərbaycan çempionatının 8-ci turunda “Qarabağ” üzərindəki 3:1 hesablı qələbədən danışıb: “Bizim çoxlu qol epizodlarımız oldu. Fikrimcə, qalibiyyətə layiq idik”.
Forvard vurduğu ilk qoldan da söz açıb: “Mən hər zaman özümdən qol və komandama kömək gözləyirəm. Həmişə düşünürəm ki, mən bu oyunda qol epizodları yaratmalıyam, qol vurmalıyam, qol ötürməsi etməliyəm”.
Raysel qələbənin komandanın gələcək oyunlarında rolu olub-olmayacağı barədə bunları deyib: “Bu qələbə bizə güc və motivasiya verəcək. Düşünürəm ki, bizim gələcək oyunlarımıza pozitiv təsir edəcək. Əlbəttə ki, konsentrasiyanı itirməməli və daha çox işləməliyik”.
Futbolçu stadionun süni ot örtüyündən və orada oynamağın çətinliyindən söz açıb: “Mən də sintetik ot örtüyünün tərəfdarı deyiləm. Çünki bədəndə problemlər yaradır, zədəyə səbəb olur. Amma istənilən halda burda futbol oynamaq olur”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”