Dünya futbolu
“Real”ın prezidenti əməliyyat olundu
“Real”ın prezidenti Florentino Peres əməliyyat olunub.
Futbolinfo.az “Marca”ya istinadən xəbər verir ki, klub prezidentinin əməliyyatı uğurlu alınıb.
75 yaşlı futbol funksionerinin ağciyər xəstəliyi olub və onun ağciyər düyünü çıxarılıb.
Əməliyyat bu gün, Madriddəki xəstəxanalardan birində baş tutub. “Kral klubu”nun prezidentinin xəstəxanadan bir neçə gündən sonra çıxacağı bildirilib.
“Real” hazırda 31 xalla İspaniya La Liqasında turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”