Dünya futbolu
“Real”la 6 dəfə çempion olmuş futbolçu koronavirusun qurbanı oldu
İspaniyanın “Real” klubunun sabiq futbolçusu Qreqorio Benito dünyasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Benito uzun müddət ciddi xəstəlikdən əziyyət çəkirmiş. Lakin onun ölümünə koronavirus pandemiyasına yoluxması səbəb göstərilir.
Qeyd edək ki, Benito “Real”ın heyətində 13 mövsüm keçirib və müxtəlif turnirlər çərçivəsində 420 oyuna çıxıb. Sabiq mərkəz müdafiəçisi bu komanda ilə 6 dəfə İspaniya çempionu olub, 5 dəfə də ölkə kubokunun qalibi qalibi adını qazanıb. O, İspaniya yığmasında da 22 oyun keçirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”