Dünya futbolu
“Roma” Martines üçün 25 milyon avro ödəmək istəmir
Emiliano Martinesi transfer etmək istəyən klubların siyahısına daha biri düşüb. Belə ki, “Roma” da argentinalı qapıçını heyətində görmək istəyir.
Futbolinfo.az “Corriere dello Sport”a istinadla xəbər verir ki, “Aston Villa” dünya çempionu üçün 25 milyon avro tələb edir. İtaliya klubu isə bu məbləğin yayda 31 yaşına girəcək biri üçün həddindən artıq çox olduğu qənaətindədir.
Birmingemlilər tələb etdiyi transfer haqqını azaltmasa, “canavarlar” başqa variantı keçirəcək. Martines özü də İngiltərədə qalmaq niyyətindədir. Burada onun kifayət qədər müştərisi var.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”