Dünya futbolu
“Roma”ya texniki məğlubiyyət verildi
İtaliya Futbol Federasiyası “Roma”nı cəzalandırıb.
Futbolinfo.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.
Buna “canavarlar”ın yarımmüdafiəçisi Amadu Diavaranın 1-ci turun “Verona” ilə oyunun (0:0) iştirak ərizəsinə düzgün sifariş olunmaması səbəb olub. Paytaxt klubu iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi sifariş edib.
Qeyd edək ki, “Roma” növbəti turda “Yuventus”la, “Verona” isə “Udineze” ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”