Dünya futbolu
Romelu Lukaku 300-ə çatdı
Futbol üzrə İtaliya A Seriyasının 22-ci turunun “Latsio” ilə oyunu “İnter”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, belçikalı futbolçu komandasının 3:1 hesablı qələbəyə sevindiyi görüşdə dublla yadda qalıb.
Lukaku bununla da karyerası ərzində vurduğu qolların sayını 300-ə çatdırıb.
Lukaku “İnter”də indiyə qədər 56 qola imza atıb. O, daha öncə oynadığı “Everton”da 87, “Mançester Yunayted”də 42, “Anderlext”də 41, “Vest Bromviç”də 17 qol vurub. Təcrübəli forvard Belçika yığmasında da 57 qolla yadda qalıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub