Ölkə futbolu
“Sabah”ı Qəbələyə Ponomaryov aparacaq – Musayevlə razılıq əldə edildi
“Sabah”ın yeni baş məşqçisinin adı bəllidi. Gözlənildiyi kimi, paytaxt klubu Murad Musayevə tapşırılacaq.
Klub rəhbərliyi “Krasnodar”ın sabiq baş məşqçisi ilə danışıqlar apardığını təsdiqləsə də, anlaşma barədə bir söz deyilmirdi. Lakin üstünlüyün rusiyalı verildiyi sirr deyildi. Dünən Rusiyanın “Championat” nəşrində Musayevlə anlaşıldığı barədə xəbər yayıldı. Daha sonra isə “Sabah” düşərgəsindən xəbər təkzib etmədilər. Deməli, tezliklə Musayev Ramin Quliyevin xələfi olacaq.
Lakin yeni məşqçi komandanın başına noyabrda keçəcək. Növbəti turda “Sabah”ı Qəbələ səfərinə İqor Ponomaryov aparacaq. Hazırda klubun hazırlığına rəhbərlik edən klub rəsmisi bölgədəki matçda da iş başında olacaq. Müvafiq kateqoriyaya sahib olmadığından, Ponomaryov mətbuat konfransına qatılmayacaq. Baş məşqçi səlahiyyətlərini formal olaraq Rəşad Hüseynov yerinə yetirəcək, protokola onun adı qeyd olunacaq.
Xatırladaq ki, “Sabah”ın ilk qələbəsini qazandığı ötən turda da komandaya Ponomaryov rəhbərlik etmiş, mətbuat konfransına İlkin Hüseynov qatılmışdı. Lakin Ramin Quliyevin sabiq köməkçisi “Sumqayıt”la matçdan sonra istefa verdi.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”