Dünya futbolu
Spaletti Kimdən məmnundur
Luçano Spaletti Kim Min-Jaeni tərifləyib. “Napoli”nin baş məşqçisi komandasının əsas oyunçularından olan cənubi koreyalını dünyanın ən yaxşı stopperi adlandırıb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun oyununu belə qiymətləndirib: “Hazırda dünyada onun kimisi yoxdur. Hər matçda ən azı 20 inanılmaz hərəkəti olur. Top ayağında olarkən qaçmağa başlayanda arxayın oluram. Bilirəm ki, 5 saniyə sonra topu rəqibin cərimə meydançasına çatdıracaq”.
Kim “Napoli”yə ötən yay qoşulub. İtaliya klubu 26 yaşlı futbolçunu “Fənərbaxça”dan 18 milyon avroya almışdı.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”