Digər idman növləri
Stüardlar 4 pilotu bağışladı
Dünən keçirilən Qətər qran-prisinin təsnifat mərhələsindən sonra stüardlar xeyli insidenti araşdırmalı olublar. Əsas diqqətçəkən məqam Ferstappenlə Sayns arasında insident olsa da, dövrəni təyin edildikdən daha az müddətə başa vurmalarına görə də bir neçə sürücünün məsələsinə baxılıb. “Mersedes”dən Lyusi Həmilton, “Alfa Tauri”dən Yuki Sunoda və Liam Louson, “Maklaren”dən Oskar Piastrinin dövrələri araşdırılıb.
FİA sürücüləri cəzalandırmayıb. Belə ki, dövrənin daha uzun müddətə qət edilməsinin səbəbi adı çəkilən pilotların sürətli dövrədə olan sürücülərə yol verməsi olub. Buna görə də stüardlar qayda pozuntusu aşkar etməyiblər. Beləliklə, sürücülərin heç biri bazar günü baş tutacaq yarışda yer itirməyəcək.
Əlavə edək ki, təsnifat mərhələsinin qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. “Mersedes” sürücüləri ondan sonrakı yerlərdə qərarlaşıblar.