Dünya futbolu
Tibo Kurtua da koronavirusa yoluxub
Futbol üzrə Belçika yığmasının və Madrid “Real”ının qapıçısı Tibo Kurtuada koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Hazırda UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar ölkəsinin yığma komandasının düşərgəsində olan futbolçunun koronavirus testi müsbət nəticə verib. Bu üzdən də 28 yaşlı qapıçı karantinə alınıb. Ondan təkrar analizlərin götürüləcəyi bildirilir.
Qeyd edək ki, koronavirus aşkarlanmasına baxmayaraq, Tibo millinin heyətindən kənarlaşdırılmayıb. Məşqçilər korpusu Kurtuadan götürülmüş qan analizinin nəticələrini gözləyir. Buna əsasən, təcrübəli qolkiperlə bağlı qərar veriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək