Dünya futbolu
Tilemans seçiminə peşman olub
Yuri Tilemans səhv seçiminə görə məyusdur. “Aston Villa”ya bu yay keçən belçikalı qışda klubunu dəyişmək istəyir.
Futbolinfo.az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsində rəqibimiz olan Belçika millisinin üzvü başqalarını deyil, məhz Birmingem klubunun təklifini qəbul etməsinə peşman olub. İndi o, rəhbərlikdən buraxılmasını tələb edir. Heyətə düşə bilməyən oyunçu milli komandadakı yerini itirməmək üçün daim oynaya biləcəyi klub axtarışındadır.
Yayda “Lester”i azad agent kimi tərk edən Tilemans “Aston Villa” ilə 4 illik müqavilə bağlayıb. Birmingemlilər Konqo əsilli oyunçu üçün 20 milyon avro tələb edir. Lakin 26 yaşlı oyunçu klubu onu havayı buraxmağa məcbur etməyə çalışır.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”