Digər idman növləri
Tomas Bax 3-cü dəfə prezident seçilə bilər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bir neçə üzvü hazırkı prezident Tomas Baxın üçüncü müddətə seçilməsini təklif edib.
Bu təklifi BOK-un növbəti sessiyası zamanı əlcəzairli Mustafa Berraf irəli sürüb. Onu paraqvaylı Kamilo Peres Lopes Moreyra və dominikanlı Luis Mexia Oviedo dəstəkləyib.
“Afrika ölkələrinin MOK-ları adından biz, Tomas Baxın üçüncü müddətə BOK prezidenti seçilə bilməsi üçün müvafiq sənədlərə dəyişikliklər edilməsini təklif edirik, çünki onun rəhbərliyi altında təşkilat çətin dövrlərdən uğurla keçir”, – deyə Berraf qeyd edib.
BOK-un vitse-prezidenti Con Kouts qeyd edib ki, Olimpiya Xartiyasının dəyişdirilməsini nəzərdə tutan bu təklif təşkilatın icraiyyə komitəsinə baxılmaq üçün təqdim edilə bilər.
Beraf həmçinin rusların və belarusların müəyyən şərtlərlə Olimpiya Oyunlarında iştirakına icazə verilməsini təklif edib.
Bax 10 ildən artıqdır ki, BOK-a rəhbərlik edir. 69 yaşlı alman 2013-cü il sentyabrın 10-da qurumun prezidenti seçilib.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”