Dünya futbolu
“Torino” – “Sassuolo” matçına koronavirus əngəli
Futbol üzrə İtaliya A Seriyasının 24-cü turu çərçivəsində keçirilməli olan “Torino” – Sassuolo” matçı təxirə salınıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmanın fevralın 26-da Turində keçirilməsi nəzərdə tutulmuşdu.
Lakin “Torino”da koronavirusa kütləvi yoluxma səbəbindən bu oyunun keçirilməsi mümkün olmayacaq. Bu üzdən də matçın martın 17-nə təxirə salınması qərara alınıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
İtaliya mətbuatının yazdığına görə, “Torino”da son günlərdə 9 nəfərdən götürülmüş COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Onlardan yeddisi futbolçu, ikisi isə texniki heyətdəndir.
Kütləvi yoluxma səbəbindən “Torino” məşqlərini də dayandırıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək