Ölkə futbolu
“Turan Tovuz” qazaxlara da qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama görüşünə çıxıb.
Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində son sınaq matçını Qazaxıstanın “Jetisu” komandasına qarşı keçirib.
Bakı vaxtı ilə saat 16:30-da start götürən matçın yekununda Tovuz klubu 2:0 hesablı qələbəyə sevinib. Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.
Xatırladaq ki, “Turan Tovuz” daha öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin “Aarau” klubuna 1:0 hesabıyla qalib gəlib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”