Ölkə futbolu
“Turan Tovuz”un futbolçusu: “Revanş almaq istəyirik”
“Hər oyun bizim üçün vacibdir. Bu oyuna da yaxşı hazırlaşıb mərhələ adlamaq istəyirik” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov deyib.
O, Azərbaycan kubokunun 1/8 finalında “Şamaxı” ilə qarşılaşacaqları matçdan danışıb: “Qeyd etdiyim kimi, hər oyun bizim üçün çox vacibdir. Bu oyunda da qələbə qazanıb “Şamaxı”dan çempiontdakı məğlubiyyətin revanşını ala bilərik. Fərq etmir – kubok, ya çempionat – bacardığımız qədər çox xal yığıb kubokda da daha çox mərhələ adlamaq istəyirik”.
25 yaşlı futbolçu Tovuzdakı azarkeş dəstəyindən də söz açıb: “Möhtəşəm azarkeşlərimiz var. Tovuzun futbol bölgəsi olduğu hamıya bəllidir. Evdə də, səfərdə də, normal günlərdə də onların dəstəyini həmişə hiss etmişik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”