Dünya futbolu
Türkiyə klubundan ayrıldı, Avstriyaya üz tutdu
Bir neçə gün öncə Türkiyənin “Dənizlispor” klubu ilə müqaviləsinə xitam verən Serbiya yığmasının sabiq müdafiəçisi Neven Subotiçin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını Avstriya çempionatında davam etdirəcək.
O, bu ölkənin “Altax” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. O, azad agent statusu ilə keçdiyi “Altax”la mövsümün sonuna kimi müqavilə bağlayıb.
Qeyd edək ki, Subotiç “Dənizlispor”a mövsümün əvvəlində keçmişdi. O, daha öncə “Maynts”, “Borussiya” (Dortmund), “Köln”, “Sent-Etyen”, “Union Berlin” klublarında da forma geyinib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO