Ölkə futbolu
Türkiyə millisində koronavirus şoku
Futbol üzrə Türkiyə milli komandasında koronavirus şoku yaşanır.
Futbolinfo.az xəbər verir ki, qardaş ölkə yığmasında futbolçulardan götürülmüş COVİD-19 testlərindən üçü pozitiv çıxıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İspaniyanın Malaqa şəhərində baş tutan Norveçlə səfər oyunundan sonra İstanbula dönən milli üzvləri koronavirus testindən keçiblər. Nəticədə üç futbolçuda koronavirus aşkarlanıb. Həmin oyunçuların adları açıqlanmır. Onların qarşıdakı Latviya ilə ev oyununda iştirak edib-etməməsinə növbəti testlərdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, Türkiyə millisində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Niderlandla ilk oyundan əvvəl də iki futbolçunun koronavirus testi pozitiv çıxdığı üçün düşərgədən ayrılmaq məcburiyyətində qalmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”