Milli komanda
U-21 yığmamız 3 yoxlama matçı keçirəcək
Martın 14-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq müddətində 3 yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv martın 20-də “Qarabağ”, 27-də Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan” və 29-da isə “Qəbələ” ilə qarşılaşacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Lakin oyunların məkanı hələlik məlum deyil.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 29-dək davam edəcək.
20 mart
17:00. “Qarabağ” – Azərbaycan U-21
27 mart
16:00. Azərbaycan U-21 – “Qaradağ Lökbatan”
29 mart
16:00. Azərbaycan U-21 – “Qəbələ”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron