Dünya futbolu
“Yuventus” da Sançonu istəyir
Baş məşqçi Erik ten Haqdan üzr istəməkdən boyun qaçıran Ceydon Sanço qışda “Mançester Yunayted”dən ayrılacağını qətiləşdirib. İstedadlı yarımmüdafiəçi onu istəyən klublar arasında seçim edir.
Futbolinfo.az xəbər verir ki, məşqçilərin qərarlarını tənqid etdiyi üçün əsas heyətdən kənarlaşdırılan cinah yarımmüdafiəçisinə İtaliyadan yeni müştəri çıxıb. Sıralarını genişləndirmək istəyən “Yuventus” Sançonun transferində favorit görünən Dortmund “Borussiya”sına rəqib olub.
Turinlilər yanvarda 23 yaşlı futbolçu üçün rəsmi təklif göndərmək niyyətindədir. Oyunçunun mövsümün sonuna kimi icarəyə götürülməsi və daha sonra birdəfəlik alınması da mümkündür.
Sançonun avqustun 26-dan bəri rəsmi oyunlardan kənarda qaldığını vurğulayaq.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir