Dünya futbolu
“Yuventus” istefaları təsdiqlədi: yeni idarəçi də bəllidi
“Yuventus” Andrea Anyelli və Pavel Nedvedin klubun İdarə Heyətindən istefa verdiyini təsdiqlədi. Yeni rəhbərlik müəyyənləşənə kimi Turin təmsilçisini baş direktor Mauritsio Arrivabena idarə edəcək.
Anyelli özü də vida məktubu yazaraq gedişinin səbəblərini açıqlayıb: “Tarix bizə qazanmağı öyrətdi, bu, bizim qanımızdadı. 2010-cu ildən bəri tariximizi gözəl nəticələrlə zənginləşdirdik. Yeni stadion tikdik, ardıcıl 9 skudetto qazandıq. “Yuventus”da oynayırsızsa və ya işləyirsinizsə, yeganə hədəf var – qalib gəlmək. “Bernabeu”, “Old Trafford”, “Alyans Arena”, “San Siro”, “Kamp Nou” – hara gediriksə, komanda kimi birləşir və heç kimdən qorxmuruq”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”