Bizi izləyin

Ölkə futbolu

“Zirə” – “Neftçi” yerdəyişməsi və oyunun taleyini dəyişən qərar

blank
blank

Misli Premyer Liqasının XX turu uzun müddətdir turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Zirə”nin mövqeyini itirməsi ilə nəticələndi. Bunadək 4-cü olan “Neftçi” Rəşad Sadıqovun komandasının xal itkisindən faydalanaraq, qələbə sayəsində 2-ci pilləyə yüksəldi. “Sumqayıt”ın da aktivinə xal yazdırması “Zirə”nin 4-cü yerə yuvarlanmasına səbəb oldu. Beləliklə, tur “Zirə” – “Neftçi” yerdəyişməsi ilə yadda qaldı.

Tovuzda “Səbail”dən alınan revanş

İkinci yarıya Qərb derbisindəki məğlubiyyətlə başlayan “Turan Tovuz”un bu matçadək “Səbail” sindromu var idi. Təsadüfi deyil ki, cari mövsümün ilk 2 qarşılaşmasında “dənizçilər” 3:1 və 2:1 hesablı qələbə qazanmışdılar. Ayxan Abbasovun yetirmələri revanş almaqla həm “Səbail” önündəki uğursuz seriyaya son qoymaq, həm də ötən turdakı məğlubiyyəti unutdurmaq istəyində idilər. Öz növbəsində “Səbail” də Tovuz səfərinə xal və ya xallar qazanmaq üçün yollanmışdı.

“Turan Tovuz” 24-cü dəqiqədə qol istəyinə çatdı. Ayxan Quseynov ötən tur olduğu kimi, bu dəfə də adını tabloya yazdırmağı bacardı. Fasiləyə hesabda geridə yollanan “Səbail”in baş məşqçisi Şahin Diniyev ikinci hissəyə 2 əvəzetmə ilə başladı. Cabir Əmirli və yeni transfer Ayub Masikanı meydana buraxan mütəxəssis oyunun axarını dəyişməyə cəhd etdi. Ancaq onun cəhdi fayda vermədi. 73-cü dəqiqədə künc zərbəsindən sonra “Səbail”in qapısı qarşısındakı qarışıqlıqdan Luis Paçu səmərəli istifadə etdi.

Bir qədər sonra “Turan Tovuz”un müdafiəçisi Bruno Qonçalvesin kobud səhvindən sonra topu ələ keçirən Pedro Nuno dəqiq zərbə ilə fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmadı. Əvəzində Paçu yenidən səhnəyə çıxaraq “Səbail”in üzvü Adi Mehremiçin səhvini bağışlamadı və oyunda yekun hesabı müəyyənləşdirdi.

Beləliklə, “Turan Tovuz” vacib qələbə qazanaraq həm “Səbail”dən revanş aldı, həm də avrokubok zonasına düşmək uğrunda mübarizədən uzaqlaşmadı. “Səbail”in isə heyətlə bağlı itkiləri davam etməkdədir. Diniyevin ixtiyarındakı sağlam futbolçuların sayı artdıqdan sonra paytaxt təmsilçisi daha inamlı çıxış etməyə başlayacaq.

Juninyo iş başında, 10 nəfərlə gələn qələbə qolu

Mövsümün ikinci hissəsinə əzəli rəqibi “Turan Tovuz” üzərindəki qələbə ilə başlayan “Kəpəz” çempionatın lideri “Qarabağ”la Qəbələdəki oyunda da güclü rəqibə müqavimət göstərdi. Düzdür, nominal qonaqlar ilk dəqiqələrdən üstünlüyü ələ keçirdilər. “Qarabağ”ın ifasında ardıcıl hücumlar, zərbələr fasiləyədək qolla nəticələnmədi.

Ağdamlılar ikinci hissənin ilk 15 dəqiqəsində iki dəfə qol vurmağa yaxın olsalar da, Hamidu Keyta və Redon Cica əllərinə düşən fürsətdən yararlana bilmədilər. Hesabdan narazı qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 63-cü dəqiqədə birdən-birə 4 əvəzetməyə əl atdı. Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Abdullar Zubir və çempionatın bombardiri Olavio Juninyonu meydana buraxan mütəxəssis komandasından qol tələb etsə də, əksi oldu. 72-ci dəqiqədə Bəhlul Mustafazadənin başla uzaqlaşdırdığı topu “Kəpəz”in futbolçusu Olavale Onanuqa cərimə meydançası həndəvərindən dəqiq zərbə ilə tora qovuşdurdu.

“Soyuq duş”dan sonra dərhal ayılan “Qarabağ” Yassin Benzianın da meydana daxil olmasından sonra hesabı bərabərləşdirdi. Toral Bayramovun qapı xəttinə doğru hava ötürməsindən sonra məhz o başla topu boş mövqedə dayanan Juninyoya göndərdi. Sonuncu isə topu boş qapıdan keçirərək, Premyer Liqadakı 14-cü qoluna imza atdı. Ancaq bu qol “Kəpəz”in qapıçısının Benzianı zədələməsi ilə nəticələndi. Təcrübəli yarımmüdafiəçi oyunu davam etdirə bilmədi və 5 əvəzetmənin hamısından istifadə etmiş “Qarabağ” son dəqiqələri 10 nəfərlə keçirmək məcburiyyətində qaldı.

Ağdam klubunun say azlığından “Kəpəz” istifadə edə bilmədi. Əksinə, ikinci qolu vurmaq üçün irəli atılan “Qarabağ” bunun bəhrəsini gördü. Meydana ikinci hissədə daxil olan və hesabı bərabərləşdirən Juninyo bu dəfə komandasına penalti qazandırdı və matçın qəhrəmanı oldu. Ağ nöqtəyə yaxınlaşan Toral Bayramov isə rəqib qapıçıya şans vermədi. Nəticədə “atlılar” çətin Qəbələ səfərindən vacib 3 xalla qayıtdılar.

“Zirə”nin uğursuz seriyası və hakim dərdi

Turun ən səsli-küylü oyunu “Zirə” və “Sabah” arasında keçirildi. Səs-küyə isə növbəti hakim səhvi səbəb oldu. “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov oyundan sonra yenə hakim idarəçiliyindən narazılığını bildirdi və komandasının əvvəlki illərdə olduğu kimi, bu mövsüm də fit sahiblərinin ədalətsiz qərarlarının qurbanı olduğunu dilə gətirdi.

Bu turadək 6 oyun idi qələbə qazana bilməyən “Zirə” uğursuz seriyaya “Sabah”la görüşdə son qoymaq istəyirdi. 16-cı dəqiqədə Vladislav Kulaç meydan sahiblərini hesabda önə keçirə bilsəydi, bəlkə də oyunun gedişatı fərqli olacaqdı. Ancaq Kulaçın əlverişli mövqedən zərbəsində azacıq dəqiqlik çatışmadı.

İlk hissəni “Zirə”nin aktivinə yazmaq olar. Meydan sahibləri rəqibdən üstün oyun nümayiş etdirərək, bir neçə təhlükəli hücum yaratdılar. “Zirə”nin heyətində xüsusən sabiq komandasına qarşı oynayan Ceyhun Nuriyev fəal idi.

33-cü dəqiqədə meydan sahibləri topu rəqib qapısından keçirsələr də, VAR-ın müdaxiləsindən sonra Eldar Quliyevin oyundankənar vəziyyətdən fərqləndiyi əsas gətirilərək, qol ləğv edildi. İlk hissənin növbəti yadda qalan hadisəsi “Sabah”ın meydanda azlıqda qalması oldu. Elvin Camalov rəqib futbolçuya qarşı kobud oynadığı üçün ikinci sari vərəqə ilə cəzalandırıldı. Hissəyə əlavə olunmuş dəqiqələrdə Ceyhunun keçmiş komandasını cəzalandırmasına isə “Sabah”ın qapıçısı Nicat Mehbalıyev imkan vermədi.

“Zirə” ikinci hissəyə də istəkli başladı. 55-ci dəqiqədə Ceyhunun uzaq məsafədən zərbəsinin qarşısını bu dəfə dirək kəsdi. Bir qədər sonra Rəşad Sadıqov iki əvəzetmə edərək, Rəhim Sadıxov və Rafael Utziqi meydana buraxdı, bununla komandasından qol tələb etdiyini göstərdi. Rəqibin azlıqda qalmasından istifadə etməyə çalışan “Zirə” ikinci hissədə də üstün tərəf idi. “Sabah” isə əks-hücumlara bel bağlayır, imkan düşəndə rəqib qapısına zərbə endirməyə çalışırdı.

Və o an… Matçın əsas vaxtına əlavə olunmuş sonuncu – 4-cü dəqiqədə “Zirə” küncdən zərbə yerinə yetirir. Ötürmənin davamında top Amin Seydiyevdən çıxsa da, referi Rauf Cabbarov yanlış qərar qəbul edərək qapıdan zərbə təyin edir. Artıq əlavə olunmuş vaxtın da bitdiyini nəzərə alsaq, hakim final fitini çalmalı olduğu halda, “Sabah”ın yeni hücum başlamasına şərait yaradır, beləcə az öncə buraxdığı səhvin daha böyük vüsət almasına səbəb olur. Belə ki, Nicatın qapıdan zərbəsindən sonra Marqarita rəqib qolkiperlə üz-üzə qalır və Tyaqo Silvanın kobud oyunu sayəsində yerdə qalır. VAR-ın müdaxiləsindən sonra “Zirə”nin qapısına penalti təyin edilir, qonaqlar isə Sofian Çaklanın dəqiq zərbəsi sayəsində meydandan qələbə ilə ayrılan tərəf olurlar. Beləcə Rauf Cabbarovun kobud səhvi birbaşa matçın nəticəsinə təsir edir, oyunun taleyini dəyişir.

Qələbəsizlik seriyası 7-yə çatan “Zirə”nin hücum xəttindəki “dişsizlik” davam edir. Bu cür davam etsə, qəsəbə təmsilçisi turnir cədvəlindəki hazırkı mövqeyini də itirə bilər.

“Araz-Naxçıvan” “Sumqayıt”a qalib gələ bilmir

“Araz-Naxçıvan” – “Sumqayıt” matçının qarşılıqlı hücumlar şəraitində keçəcəyi gözlənilən idi. Bu komandaların ilk dövrədəki duelində heç-heçə (1:1) qeydə alınmış, ikinci dövrədə isə “Sumqayıt” 2:0 hesablı qələbəyə sevinmişdi.

İlk hissə qol vəziyyətləri baxımından kasad oldu. Bununla belə, fasiləyədək hesab açıldı. İlk yarının sonuncu dəqiqəsində “Sumqayıt”da faydalı iş əmsalına görə ən yaxşılardan olan Rövlan Muradovun kornerdən ötürməsini İsa Suliman dəqiq baş zərbəsi ilə tamamladı. Bu qolda “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın çıxışda səhvə yol verməsi də rol oynadı.

İkinci hissə daha maraqlı keçdi. 59-cu dəqiqədə qapıçıların çıxışda səhv etmək növbəsi “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətova çatdı. Nəticədə Miço Kuzmanoviçin ötürməsindən sonra Vanderson Melo topu başla qapıdan keçirdi.

Sonrakı dəqiqələrdə Naxçıvan klubu daha üstün oyun nümayiş etdirdi, ancaq heç cür hesabı dəyişə bilmədi. Fasilədən sonra “Sumqayıt”ın ən yaddaqalan qol epizodu isə əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə yaşandı. Təhlükəli əks-hücumu Erik Sorqa dəqiq zərbə ilə tamamlaya bilmədi. Beləliklə, “Araz-Naxçıvan”ın “Sumqayıt”la oyunlardakı qələbəsizlik seriyası davam etdi.

Bojoviçin “Neftçi”də ilk qalibiyyəti

“Qəbələ”ni qəbul edən “Neftçi”nin qələbə qazanacağı gözlənilən idi. Yeni baş məşqçi Miodraq Bojoviç “ağ-qaralar”dakı ilk rəsmi qalibiyyətini məhz bu görüşdə əldə etdi. Oyunun start heyətində yer almalı olan İvan Brkiçin matçöncəsi məşqdə əzələsi dartıldığı üçün xorvatiyalı qolkiperi “11-lik”də Rza Cəfərov əvəzləmişdi.

İlk hissədə hər iki tərəfin cəhdlərinə rəğmən, hesab açılmadı. Fasilədən sonra “Neftçi” təzyiqi artırdı. 59-cu dəqiqədə qonaqlar ikiqat zərbə aldılar. Rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə Zurab Oçiqava qırmızı vərəqə görərək meydandan kənarlaşdırıldı və “Qəbələ”nin qapısına penalti təyin edildi. Topa yaxınlaşan Emin Mahmudov isə adəti üzrə şansı qaçırmadı.

Meydan sahibləri qonaqların azlıqda qalmasından dərhal yararlandı. 67-ci dəqiqədə Dieqo Valdezin ötürməyəbənzər zərbəsindən sonra “Qəbələ”nin qolkiperi Kristof Atanqana topu qapıdan çıxarmalı oldu.

“Qəbələ” oyunun sonlarında bir qədər fəallaşdı. Əvvəlcə Rauf Hüseynlinin yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapı tiri “Neftçi”nin köməyinə çatdı. 87-ci dəqiqədə isə Emil Səfərov qapıçıdan qayıdan topu təkrar zərbə ilə tora qovuşdurdu. Ancaq “qırmızı-qaralar”ın bundan artığına gücü çatmadı. Əvəzində Bojoviçin 78-ci dəqiqədə meydana buraxdığı və meydanda olduğu dəqiqələrdə inamlı təsir bağışlayan yeni transfer Brayan Moreno qarşılaşmada son nöqtəni qoydu. O, cərimə meydançası kənarından başla aşırma zərbəsi ilə “Qəbələ”ni cəzalandırdı.

“Neftçi” ilk 2 dövrədə olduğu kimi, yenə Elmar Baxşıyevin komandasını xalsız qoydu və bu qələbə sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksəldi. “Qəbələ” isə düşdüyü uçurumdan çıxmaqda hələ də acizdir.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Digər idman növləri2024-04-18 11:30

MHL-də Şərq konfransının çempionu məlum oldu

blank
Müsahibə2024-04-18 11:11

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

blank
Dünya futbolu2024-04-18 10:54

Ronaldo məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-04-18 10:37

Nicat yenə uduzdu

blank
Dünya futbolu2024-04-18 10:20

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-18 10:02

Formula 1-in rəhbəri 25-ci mərhələnin mümkünlüyündən danışdı

blank
Ölkə futbolu2024-04-18 09:45

Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq

blank
Dünya futbolu2024-04-18 09:28

“Beşiktaş” Sərgən Yalçına təklif göndərməyəcək

blank
Dünya futbolu2024-04-18 09:09

“Fənərbaxça” “Olimpiakos”a qarşı

blank
Dünya futbolu2024-04-18 08:52

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

blank
Dünya futbolu2024-04-18 08:35

Avroliqa: “Liverpul” revanş ala biləcəkmi?

blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm