Ölkə futbolu
İmamverdiyev danışdı: "Ankaraspor"un uğuru üçün tər tökəcəm"
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi&q…
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, İmamverdiyev qardaş ölkənin PTT 1-ci Liasında mübarizə aparan və son mövsümdə pley-off-da uduzaraq Super Liqaya çıxa bilməyən "Ankaraspor"un hədəfindədi:
"Ankaraspor"un məni transfer etmək istədiyini bilirəm. Ancaq mənim komandam var. Məndən öncə komandanın rəhbərliyi ilə görüşməlidilər. Təbii ki, hər bir oyunçu kimi mən də Türkiyə klubunda çıxış etmək istəyirəm. Ancaq mənim 2018-ci ilə qədər "Neftçi" ilə müqaviləm var. Klub rəhbərliyi nə məsləhət görsə, onu da edəcəm. "Ankaraspor"u Super Liqadan tanıyıram. Super Liqada da çıxış edib. Yüksək yerlər uğurunda mübarizə aparan komandadı. Milli komandanın formasını geyinmişəm. Ancaq ötən mövsümdə zədələndim və yığmadan kənarda qaldım. Allaha şükür olsun ki, indi heç bir zədəm yoxdu. Türk klubu əgər "Neftçi" ilə anlaşsa, mən də "Ankaraspor"un uğuru üçün tər tökəcəm. İnşallah, həm klubum, həm də "Ankaraspor" üçün xeyirli olar".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”