Ölkə futbolu
Hollandiyadan 2-ci qələbə, İspaniya yenə uduzdu, millimizin rəqibi 4 qolla güldü
DÇ-2014-də ikinci turun oyunları davam etməkdədi. Futbolinf…
DÇ-2014-də ikinci turun oyunları davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, bu axşam ikinci tur çərçivəsində daha 3 oyun keçirilib.
Saat 21:00-da B qrupunda ilk oyunu məğlubiyyətlə başa vuran Avstraliya İspaniyanı darmadağın etmiş Hollandiya ilə qarşılaşıb. Qarşılaşmada Okeaniya təmsilçisinə qələbə hava-su kimi lazım olduğu halda, “narıncılar” qələbə sayəsində 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcəkdi. Hollandlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdən çətin qələbə ilə ayrılmağı bacarıblar.
00:00-da isə qrupun digər iki iştirakçısı İspaniya və Çili münasibətlərə aydınlıq gətirib. İlk oyunda Hollandiya qarşısında şok yaşayan Visente Del Boskenin yetirmələri elə ilk oyunda özünü heç də pis göstərməyən Çilini sınağa çəkib. Son dünya çempionuna növbəti şoku məhz Çili yaşadıb. Sözügedən komanda iki cavabsız qolla qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib. İspaniya və Avstraliya isə artıq son turun oyunlarından asılı olmayaraq, evə dönmək haqqında düşünür.
Gecə 03:00-da isə A qrupunda ilk oyunlarını məğlubiyyətlə başa vurmuş Kamerun və Xorvatiya mililəri üz-üzə gəlib. AÇ-2016-nın seçmə mərhələsində yığmamızın rəqibi olan xorvatlar bu görüşdə darmadağına seviniblər.
DÇ-2014
Qrup mərhələsi
18 iyun
B qrupu
Avstraliya – Hollandiya – 2:3
Qollar: T.Keyhill, 21, Jedinak, 54-pen – Robben, 20, Van Persi, 58, Depay, 68.
İspaniya – Çili – 0:2
Qollar: Varqas, 20, Aranquis, 43.
B qrupundakı son durum: Hollandiya, Çili – 6, Avstraliya, İspaniya – 0.
A qrupu
Kamerun – Xorvatiya – 0:4
Qollar: İ.Oliç, 11, Perisiç, 48, Mandzukiç, 61; 73.
Qollar: İ.Oliç, 11, Perisiç, 48, Mandzukiç, 61; 73.
A qrupundakı son durum: Braziliya, Meksika – 4, Xorvatiya – 3, Kamerun – 0.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”