Ölkə futbolu
"Qarabağ" çempion oldu, Ağdam yaddan çıxdı
1993-cü ildən didərgin düşən və doğma diyardan kənard…
1993-cü ildən didərgin düşən və doğma diyardan kənarda yalnız 21 ildən sonra çempion olmağı bacaran "Qarabağ" yenə Ağdamdakı azarkeşlərinə biganə qaldı. Futbolinfo.az xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözəl çempion olduqdan sonra, kuboku Quzanlıya apararaq bu sevinci Ağdamdakı azarkeşlərlə bölüşəcəyinə söz vermişdi.
Kubokun Quzanlıya aparılması üçün ən uyğun vaxt isə mayın 18-i idi. Ancaq həmin günün Laçın rayonunun işğal tarixinə təsadüf etməsi, mayın 19-da komandanın əksər üzvlərinin yığmamızın düşərgəsinə, legionerlərin isə istirahət üçün vətəninə yola düşməsi bu səfəri təxirə salmışdı.
Bunun üçün də Ağdamdakı azarkeşlərlə görüş iyun ayında, komanda yenidən bir araya gələndə nəzərdə tutulmuşdu. Komanda artıq bir neçə gündü ki, bir araya gəlib. Artıq iyunun 22-də də Qurban Qurbanovun yetirmələri təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək. Ağdam klubu bir də iyul ayının ortalarında Azərbaycana qayıdacaq. Həmin ərəfədə isə "atlılar"ın başı Çempionlar Liqasındakı oyunlarına qarışacaq. Futbolçular üçün iyul ayının ağır keçəcəyini bilən klub rəhbərliyinin "Qarabağ"ı həmin ayda Ağdama aparması da inandırıcı görünmür. Avqustun 9-10 tarixlərində 2014/15 mövsümünün də start götürəcəyini nəzərəsə alsaq, Quzanlı səfərinin birdəfələik ləğv olunduğunu demək olar.
"Qarabağ" çempion oldu, futbolçular haqq etdikləri mükafatı aldı, klub səviyyəsində bu çempionluq bayram edildi. Ancaq 21 ildi həm vətən həsrəti çəkən, həm də "Qarabağ"ın çempionluğunu arzulayan azarkeşləri sevindirən olmadı. Klubun vitse-prezidenti Tahir Gözəlin də "Ay ışığı" restoranında verdiyi sözə əməl olunmadı. Olmaya "Qarabağ" çempion oldu, Ağdam yaddan çıxdı? Həm də buna əməl edə bilməyəcəkdiz, bu qədər azarkeşi niyə ümidləndirirdiz ki?
EMİN SƏFƏROV
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”